...

Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilmişdir (FOTO)

Siyasət Materials 10 May 2014 19:05 (UTC +04:00)
2014-cü ilin 9 may tarixində Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilmişdir (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

2014-cü ilin 9 may tarixində Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.

Səfirlikdən Trendə verilən məlumatına görə, mərasimdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun büstü önünə əklillər qoyulmuşdur.

Həmin gün tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət etmişlər. Nümayəndəliyin direktoru İ.Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı xidmətlərindən bəhs etmişdir. O, həmçinin Heydər Əliyevin adını daşıyan Fondun çox şaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən danışmışdır. Humanizm ideyaların arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondunun 10 il ərzində həyata keçirdiyi layihələrdən bəhs edən İ.Hacıyev istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman ehtiyacı olanların yanında olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri cənab Fərid Abdinbəyov müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ümummilli lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs etmiş və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırmışdır. O, vurğulamışdır ki, bu il eyni zamanda bir sıra layihələri uğurla gerçəkləşdirən, mühüm xeyriyyəçilik fəaliyyəti və cəmiyyətə layiqli xidmətləri ilə seçilən Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyidir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində təşkil olunan fotosərgi ilə tanış olmuş, AzərTAc tərəfindən hazırlanmış "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var" sənədli filminə baxmışlar. Tədbir yerli KİV-də işıqlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti