...

Rusiya qırıcıları Baltik ölkələri üzərində NATO təyyarələrinin təlimlərini izləyəcəklər

Siyasət Materials 27 May 2014 15:26 (UTC +04:00)
NATO döyüş təyyarələrinin Baltik ölkələrinin hava məkanında genişmiqyaslı uçuşları başlayan zaman Rusiyanın Hərbi Hava Qüvvələri (HHQ) bu ərazidə kəşfiyyatı gücləndirəcəklər.
Rusiya qırıcıları Baltik ölkələri üzərində NATO təyyarələrinin təlimlərini izləyəcəklər

Azərbaycan, Bakı, 27 may /Trend/

NATO döyüş təyyarələrinin Baltik ölkələrinin hava məkanında genişmiqyaslı uçuşları başlayan zaman Rusiyanın Hərbi Hava Qüvvələri (HHQ) bu ərazidə kəşfiyyatı gücləndirəcəklər. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS NATO-nun mayın 27-28-də Baltik dövlətləri üzərində təlim keçirmək planlarını şərh edən RF HHQ Baş Qərargahındakı yüksək vəzifəli məmura istinadən xəbər verir.

O, qeyd edib: "Əgər belə uçuşlar həqiqətən başlasa, biz öz ərazimizdən Baltik ölkələrinin hava məkanının kəşfiyyatını gücləndirəcəyik. Bu məqsədlə havaya Qərb Hərbi Dairəsindəki qırıcılar qaldırılacaq".

Bir müddət əvvəl KİV Latviyanın Müdafiə Nazirliyinə istinadən xəbər yaymışdı ki, Ramşteyndəki NATO HHQ komandanlığı mayın 27-28-də Baltik ölkələrinin hava məkanında irimiqyaslı hərbi təlimlər (Baltic Region Training Event - BRTE) keçirməyi planlaşdırır. Bildirilib ki, BRTE-də NATO-ya üzv olan 7 ölkə və alyansın "Sülh naminə tərəfdaşlıq" proqramının iştirakçısı olan iki ölkə iştirak etməlidir.

Baltik ölkələri üzərində NATO hava polisinin missiyasına Polşa HHQ-nin MiQ-29 qırıcıları, Böyük Britaniya HHQ-nin "Typhoon" təyyarələri, Danimarka HHQ-nin F-16 qırıcıları, Fransa HHQ-nin "Rafale" təyayrələri daxildir. Niderlandın bu missiyaya özünün F-16 qırıcıları ilə qoşulmağa hazır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti