...

Ərdoğan: Türkiyədə heç vaxt çevriliş olmayacaq

Siyasət Materials 3 İyun 2014 16:07 (UTC +04:00)
Türkiyədə daha heç vaxt çevriliş olmayacaq və Türkiyə xalqı çevriliş tərəfdarlarını sərt şəkildə cəzalandıracaq.
Ərdoğan: Türkiyədə heç vaxt çevriliş olmayacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə daha heç vaxt çevriliş olmayacaq və Türkiyə xalqı çevriliş tərəfdarlarını sərt şəkildə cəzalandıracaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hökumət Türkiyəni ölkədə Suriya və Misir hadisələrinin təkrarlanmasından xilas etdi: "Xaricdəki qüvvələr, eləcə də Pensilvaniya ştatındakı şəxs [Fətullah Gülən - red.] Türkiyə müxalifətindən öz məqsədləri üçün istifadə etdilər".

Baş nazir bildirib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Gülən hərəkatı ilə sıx əlaqələrinin olması barədəi xeyli sübut var.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyədəki siyasi qüvvələrdən istifadə edən xarici qüvvələr ölkədəki iqtisadi inkişafa mane olmağa çalışırlar: "Türkiyə əleyhinə bütün təbliğatlara və bütün səylərə baxmayaraq, Ankara bütün bu maneələri dəf edəcək".

Onun sözlərinə görə, ölkədəki son hadisələr [ötən ilin mayındakı etiraz aksiyaları, korrupsiya qalmaqalı və hökumət nümayəndələrinin telefon danışıqlarının dinlənilməsi -red.] Türkiyəyə baha başa gəldi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti