...

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin fəaliyyətinin təşkili üçün 5 milyon manat ayrılıb

Siyasət Materials 10 İyun 2014 18:33 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin fəaliyyətinin təşkili üçün 5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti