...

İranın Ali Milli Təhlükəsizlik Şurası İraqdakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 12 İyun 2014 17:47 (UTC +04:00)
İranın Ali Milli Təhlükəsizlik Şurası İraqda baş verən hadisələri müzakirə etmək üçün iclas keçirəcək.
İranın Ali Milli Təhlükəsizlik Şurası İraqdakı vəziyyəti müzakirə edəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend müxbir T.Cəfərov/

İranın Ali Milli Təhlükəsizlik Şurası İraqda baş verən hadisələri müzakirə etmək üçün iclas keçirəcək.

Trend-in İranın "Mehr" agentliyinə istinadən məlumatına görə, iclasa Prezident Həsən Ruhani sədrlik edəcək.

İclasda bölgədəki son durum, xüsusilə "İraq və Şam İslam Dövləti" qruplaşmasının İraqın bir neçə şəhərinə hücumu müzakirə olunacaq.

Məlumatda iclasın bu gün günortadan sonra keçiriləcəyi qeyd olunsa da, dəqiq vaxt göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti