...

"İraq və Şam İslam Dövləti" İraqın üçüncü şəhərini ələ keçirib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyun 2014 16:02 (UTC +04:00)
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın paytaxtı Bağdadın 132 km-də yerləşən Samirə şəhərini tam olaraq ələ keçirib.
"İraq və Şam İslam Dövləti" İraqın üçüncü şəhərini ələ keçirib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir R.Hafizoğlu/

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın paytaxtı Bağdadın 132 km-də yerləşən Samirə şəhərini tam olaraq ələ keçirib. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına əsasən, bu, İŞİD terrorçularının ələ keçirdiyi üçüncü şəhərdir.

Bundan əvvəl Mosul, Tikrit ələ keçirilib. İraqın Kərkük şəhəri isə ölkənin şimalındakı kürd administrasiyasınını ordusu tərəfindən terrorçulardan azad edilib. Hazırda Kərkükün nəzarəti tam olaraq kürd administrasiyasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti