...

Ərdoğan: Türkiyənin 80 vətəndaşı İraqda girov saxlanılır

Siyasət Materials 25 İyun 2014 14:46 (UTC +04:00)
Türkiyənin 80 vətəndaşı “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının silahlıları tərəfindən girov saxlanılır.
Ərdoğan: Türkiyənin 80 vətəndaşı İraqda girov saxlanılır

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin 80 vətəndaşı "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları tərəfindən girov saxlanılır. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara ölkə vətəndaşlarının azad edilməsi üçün mümkün olan hər şeyi edir.

Baş nazir qeyd edib ki, ölkə müxalifəti hökumətdən silahlılara qarşı daha kəskin reaksiya verməyi tələb edir: "Lakin unutmaq olmaz ki, silahlılar Türkiyə vətəndaşlarını girov götürüblər".

İyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları İraqın Mosul şəhərini, bir neçə yaşayış məntəqəsini zəbt edib. İyunun 16-da isə İŞİD terrorçuları İraqın Telafer şəhərində nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terroçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti