...

İtaliyanın “Globalist” xəbər portalında Prezident İlham Əliyevin AŞPA-nın sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib

Siyasət Materials 7 İyul 2014 16:10
İtaliyanın “Globalist” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilmişdir.
İtaliyanın “Globalist” xəbər portalında Prezident İlham Əliyevin AŞPA-nın sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İtaliyanın "Globalist" xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilmişdir.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, məqalədə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, ölkəmizdə son illərdə həyata keçirilən islahatlar, mətbuat azadlığı, insan haqları, respublikamızda mövcud tolerantlıq mühiti kimi məsələlərlə bağlı səsləndirdiyi fikirlər əksini tapmışdır.

Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri də yer almışdır: "Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir".

Məqalədə, həmçinin Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrdən bəhs edilir. Qeyd olunur ki, Fondun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası və digər layihələr qurumun dünya mədəni irsinə töhfəsinin bariz nümunəsidir.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:
http://www.globalist.it/Detail_News_Display?ID=60073&typeb=0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti