...

Elmar Məmmədyarov Norveçin Azərbaycanda diplomatik fəaliyyətini başa vuran səfirini qəbul edib

Siyasət Materials 11 İyul 2014 16:09 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Norveçin Azərbaycanda diplomatik fəaliyyətini başa vuran səfirini qəbul edib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov E.Şönsberqə Azərbaycanla Norveç arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edib.

Səfir diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizdən ən xoş təəssüratlarla ayrıldığını söyləyib.

Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti