...

Səfir: Orxan Zeynalovun məhkəməsi ətrafında vəziyyəti siyasiləşdirməyə əsas yoxdur

Siyasət Materials 22 İyul 2014 12:11 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF vətəndaşını qətlə yetirməkdə günahlandırılan Orxan Zeynalovun məhkəməsi ətrafında vəziyyəti siyasiləşdirməyə əsas görmür.
Səfir: Orxan Zeynalovun məhkəməsi ətrafında vəziyyəti siyasiləşdirməyə əsas yoxdur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Emil İsmayılov/

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF vətəndaşını qətlə yetirməkdə günahlandırılan Orxan Zeynalovun məhkəməsi ətrafında vəziyyəti siyasiləşdirməyə əsas görmür.

Trend-in məlumatına görə, Doroxin çərşənbə axşamı jurnalistlərə deyib: "Mən hesab etmirəm ki, Rusiyanın səfiri kimi Moskva ətrafındakı məhkəmədə baş verənləri şərh etməliyəm. Orada Rusiyanın prosessual normalarına uyğun proses gedir. İlkin məhkəmə istintaqı olub. İndi prokuror öz fikrini deyib. Daha sonra söz müdafiəyə veriləcək, sonra məhkəmə qərar çıxaracaq. Əgər kimsə qərarla razılaşmasa, şikayət edə bilər".

Onun sözlərinə görə, hər şey lazım olduğu kimi, yəni qanunvericilik və məhkəmə sistemi çərçivəsində gedir: "Bu vəziyyəti siyasiləşdirmək üçün əsas olduğunu hesab etmirəm. Məhkəmə araşdırır, həmyerlinizin onun maraqlarını müdafiə edəcək vəkili var. Düşünürəm ki, indi hər şey hüquqi məcradadır və işin ədalətlə həll olunacağına ümid etməyə əsas var".

Qeyd edək ki, dövlət ittihamçısının fikrincə, ötən ilin oktyabrında mübahisə zamanı Moskva sakini Yeqor Şerbakovu "həyasızcasına və soyuqqanlılıqla" qətlə yetirən və bununla da Biryulovada kütləvi iğtişaşlara yol açan Orxan Zeynalov səkkiz il ciddi rejimli və 10 il adi rejimli həbs cəzasına məhkum edilməlidir. Zeynalova hökm iyulun 28-də oxunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti