Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Cəmilə Babayeva/
Ermənistan Azərbaycanla müharibədən çəkinir. Trend-in məlumatına görə, bu barədə gürcü politoloq, tarix elmləri doktoru Quram Marxuliya "AzerNews" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın hərbi gücündən çəkinir və müharibə etmək gücündə deyil, çünki ağır iqtisadi vəziyyətdədir: "Ermənistan müharibəyə uzun müddət davam gətirə bilməz və buna hazır deyil".
Politoloq hesab edir ki, son hadisələr Azərbaycanın sayılı saatlar hesabına öz ərazi bütövlüyün bərpa etmək iqtidarında olduğunu göstərdi.
Q.Marxuliya Azərbycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündən əsaslı nəticələr gözləmir: "Ermənistan görüşdə müəyyən fasilə xahiş edəcək, çünki müharibə etməyə hazır deyil".
Onun sözlərinə görə, beynəxalq təşkilatlar Ermənistanı azərbaycanlı əsirləri təhvil verməyə məcbur etməlidirlər: "Ermənistan dinc azərbaycanlıları münaqişəyə cəlb edir ki, bu da qəbuledilməzdir. Beynəlxalq təşkilatlar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir".