...

Türkiyə Jandarmı Silahlı Qüvvələrin tərkibindən çıxarılır

Siyasət Materials 6 Avqust 2014 11:50 (UTC +04:00)
Bununla yanaşı nazir gözlənilən struktur dəyişikliklərinin konkret tarixini dəqiqləşdirməyib.
Türkiyə Jandarmı Silahlı Qüvvələrin tərkibindən çıxarılır

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin güc strukturlarında islahatlar aparılacaq. Belə ki, ölkə Jandarmı Türkiyə Silahlı Qüvvələrinin tərkibindən çıxacaq. Bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla bəyan edib. Bu barədə Trend çərşənbə günü "Anadolu" agentliyinə istinadən xəbər yayıb.

Nazirin sözlərinə görə, Jandarm Qüvvələrinin fəaliyyəti işinin mahiyyətinə görə ordunun fəaliyyətindən fərqlənir.

Nazir bildirib: "Hazırda Jandarmın ölkənin SQ-nin tərkibindən çıxarılması üçün bütün hazırlıq işləri görülür".

Bununla yanaşı nazir gözlənilən struktur dəyişikliklərinin konkret tarixini dəqiqləşdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti