Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlə bağlı ölkəmizin Çexiyadakı səfirliyinin notasına cavab verib. Trend bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Notada Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəklədiyini təsdiq edir və Dağlıq Qarabağda xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair Azərbaycanın mövqeyini bölüşdüyünü bildirir.
Çexiyanın Xarici İşlər Nazirliyi "GENOSERVİCE Corp., Ltd." şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edir və Azərbaycan tərəfini əmin edir ki, "GENOSERVİCE Corp., Ltd." şirkətinin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaqdır.