...

Azərbaycanın Sinqapurla əlaqələri müzakirə edilib (FOTO)

Siyasət Materials 23 Sentyabr 2014 22:57 (UTC +04:00)
Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri K. Şanmuqan ilə görüş keçirib.
Azərbaycanın Sinqapurla əlaqələri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri Kasivisvanatan Şanmuqam ilə görüş keçirib. Bu barədə Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari durumunu yüksək qiymətləndirib, iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Habelə, qarşılıqlı səfərlər mübadiləsinin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov sinqapurlu həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Elmar Məmmədyarov K.Şanmuqamı ölkəmizə rəsmi səfərə dəvət edib və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti