Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Son illər Azərbaycan həm ictimai, həm də özəl sahədə yaxşı idarəçilik tətbiq edir. Azərbaycanda vətəndaşlara dövlət qulluğunun göstərilməsində xeyli irəliləyişə nail olunub". Trend xerir ki, bunu ATƏT-in İqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzlərinin yaradılması Azərbaycanın qürur duya biləcəyi nümunələrdəndir.
ATƏT üzvü olan ölkələrdə dövlət qulluğu, vətəndaşlara xidmət, maliyyənin idarə edilməsinin önəmli məsələ olduğunu deyən X.Y.Yigitgüdən bu sahədə təşkilatın gördüyü işlər barədə məlumat verib.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ölkənin bu qurumda öz rolunu təqdim etməsinə imkan yaradır. Trend xəbər verir ki, bunu Avropa Şurasının Demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, konfransın keçirilməsində məqsəd dövlət qulluğu sahəsində müxtəlif təcrübələri təqdim etməkdir.
A.Zardi qeyd edib ki, bu mövzu bütün Avropa məkanı üçün vacib məsələdir.
AŞ-nin departament rəhərin hesab edir ki, bu konfransın Bakıda keçirilməsi Azərbaycanın digər Avropa dövlətləri ilə dövlət qulluğu sahəsində təcrübə mübadiləsinə, əlaqələrin genişləndirilməsinə şərait yaradacaq.