...

Türkiyə daha iki təşkilatı terrorçu hesab edir

Siyasət Materials 1 Oktyabr 2014 16:17 (UTC +04:00)
Türkiyə daha iki təşkilatı rəsmən terror təşkilatı kimi tanıyıb.
Türkiyə daha iki təşkilatı terrorçu hesab edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə daha iki təşkilatı rəsmən terror təşkilatı kimi tanıyıb.

Trend-in "Resmi Gazete"yə istinadən verdiyi məlumata görə, Tunisdəki "Ənsar-ül-Şəriə", Livan və Suriyada fəaliyyət göstərən "Abdullah Azzamın briqadaları" təşkilatları rəsmən terror təşkilatları kimi tanınıb.

Bununla da Türkiyədə terror təşkilatı kimi rəsmən tanınan təşkilatların sayı 15-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti