Əfqanıstan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Siyasət Xəbər 1 Dekabr 2014 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Dekabrın 1-də Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzay Azərbaycana işgüzar səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayı hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti