...

Türkiyə Baş nazirinin erməni müşavirindən növbəti qalmaqallı açıqlama

Siyasət Materials 16 Dekabr 2014 14:31 (UTC +04:00)
Türkiyə Baş nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan növbəti dəfə qalmaqallı açıqlama verib.
Türkiyə Baş nazirinin erməni müşavirindən növbəti qalmaqallı açıqlama

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan növbəti dəfə qalmaqallı açıqlama verib.

Trend xəbər verir ki, "Hurriyet Daily News" qəzetinin məlumatına görə, Mahçupyan Türkiyə rəhbərliyinin hakim dairələrdə baş verən rüşvət qalmaqalını axıra qədər ört-basdır edə bilməyəcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Mahçupyan Kürd Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı güclü lider adlandırıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, E.Mahçupyan deyib ki, Türkiyədə 10 il ərzində A.Öcalan barədə fikir dəyişib.

Daha əvvəl isə Mahçupyan "hakim partiyada rüşvət alanlar var" deyə açıqlama vermişdi.

Qeyd edək ki, erməni əsilli jurnalist E.Mahçupyan oktyabrın 25-də Baş nazirin baş müşaviri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti