...

Prezident İlham Əliyev və xanımı bələdiyyə seçkilərində səs verdilər (FOTO)

Siyasət Materials 23 Dekabr 2014 10:40 (UTC +04:00)
Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.
Prezident İlham Əliyev və xanımı bələdiyyə seçkilərində səs verdilər (FOTO)

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.

Trend-in məlumatına görə, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səs verdi.

Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti