...

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Siyasət Materials 14 Yanvar 2015 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Səba Ağayeva/

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək. Bu barədə çərşənbə günü Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən deyiblər.

Yanvarın 14-15-də Zalber Bakıya səfərində ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlərdə Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişafı müzakirə olunacaq.

Səfər proqramına Azərbaycan XİN, MTN-də görüşlər də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti