...

Səfir: Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar

Siyasət Materials 5 Fevral 2015 11:39 (UTC +04:00)
Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar.
Səfir: Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

"Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar. Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir". Trend-in məlumatına görə, bu barədə bu gün Pakistanın Azərbaycandakı səfirliyində 5 fevral - Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbayan torpağı, Kəşmir isə Hindistan ilə mübahisəli ərazidir və Kəşmir xalqına BMT Təhlükəszlik Şurasının qətnamələrinə əsasən verilmiş öz müqəddəratını təyin etmək hüquqlarını inkar edir.

İki münaqişə arasında oxşarlıqlar barədə danışan diplomat BMT TŞ qətnamələrinin icra olunmaması, beynəlxalq hüququn pozulması, əhalinin köçürülməsi, dini abidələrin təhqir olunması, mədəni irsin məhv edilməsi, atəşkəsin işğalçı qüvvələr tərəfindən pozulması, işğal olunmuş ərazilərdə demokrafik dəyişikliklərə cəhd edilməsini nəzərə çatdırıb.

Diplomat bildirib ki, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti