...

Prezident İlham Əliyevin Budapeştə səfəri haqqında kitab nəşr edilib (FOTO)

Siyasət Materials 11 Fevral 2015 16:54 (UTC +04:00)
"Macar mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştə səfəri (10-11 noyabr 2014-cü il) haqqında" kitabı nəfis şəkildə macar və rus dillərində nəşr edilib.
Prezident İlham Əliyevin Budapeştə səfəri haqqında kitab nəşr edilib (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə "Macar mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştə səfəri (10-11 noyabr 2014-cü il) haqqında" kitabı nəfis şəkildə macar və rus dillərində nəşr edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 150 səhifəlik kitaba macar qəzetlərinin, radio və televiziyasının, habelə internet resurslarının Azərbaycan dövlət başçısının səfəri ilə bağlı məqalə, informasiya və analitik xarakterli yazıları daxildir. Səfir Vilayət Quliyev kitaba müqəddimə yazıb. O, eyni zamanda, kitabın çapına məsuldur. Tərtibçilər Zaur Paşayev və Eva Komandır. Materialları rus dilinə Eva Koman çevirib.

Kitaba Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlər və Azərbaycan Prezidentinin Macarıstanın Milli Televiziyasına verdiyi geniş müsahibə də daxil edilib.

Səfirliyin digər nəşrləri kimi, bu kitab da ölkənin 150-yə yaxın kitabxanasına hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti