...

Azərbaycan XİN Kopenhagendəki atışmanı qınayır

Siyasət Materials 15 Fevral 2015 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kopenhagendəki atışmanı qınayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Azərbaycan Kopenhagendəki atışmanı qınayır, ölən və xəsarət alanların yaxınlarına və ailələrinə başsağlığı verir".

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Kopenhagendə naməlum kişi Norreport metro və şəhərətrafı qatarlar stansiyası yaxınlığında polis əmkdaşlarına atəş açıb.

Asayiş keşikçiləri cavab olaraq tabel silahdan istifadə etmək məcburiyyətində qalıblar. Nəticədə atəş açmış şəxs ölürülüb.

Norreport stansiyası şəhərdə şənbə günü və fevralın 15-də silahlı hücumların birinin törədildiyi yerin yaxınlığında yerləşir.

İki nəfər ölüb, daha beş nəfər isə yaralanıb. Hər iki halda da cinayətkarlar qaçıb gizlənə biliblər.

Şənbə günü naməlum kişi avtomat silahdan "Krudtenden" kafesini deşik-deşik edib. Kafedə "İncəsənət, küfr və söz azadlığı" mövzusunda ictimai diskussiya keçirilib.

Polisin məlumatına görə, hücumla əlaqədar 25-30 yaşlı ərəb xarici görünüşü olan kişi axtarılır.

Gecə yarısından sonra birinci hucumun törədildiyi yerdən 3 kilometr məsafədə yerləşən Kristalqad küçəsindəki sinaqoqun yaxınlığında atəş açılıb.

Kopenhagendəki hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləi gücləndirlib. Nəqliyyat qovşaqlarında nəzarət gücləndirilib, paytaxtın bütün çıxışları bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti