...

İqbal Ağazadə: "O qədər yaxşı söyüşlər bilirəm"

Siyasət Materials 20 Fevral 2015 17:03 (UTC +04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadə iqtidar-müxalifət görüşlərini pisləməyə cəhd edən müxalifət partiyalarına sərt mesaj göndərib.
İqbal Ağazadə: "O qədər yaxşı söyüşlər bilirəm"

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Ümid Partiyasının sədri İqbal Ağazadə iqtidar-müxalifət görüşlərini pisləməyə cəhd edən müxalifət partiyalarına sərt mesaj göndərib.

İ.Ağazadə Trend-ə açıqlamasında həmin partiyaların mövqelərinin düzgün olmadığını söyləyib: "Düşünürsən ki, bu pisdir, imitasiyadır, şoudur, iştirak etmə, amma iştirak edəni aşağılamaq, buna başqa cür yanaşmaq yanlışdır. Mən də Azərbaycan dilini, leksikonumuzu çox gözəl bilirəm, həm də bir az kənd adamıyam. O qədər yaxşı söyüşlər bilirəm. Mən də onlardanmı deyim? Ayıb olar axı belə şey. Kimsə durur ağzına gələni danışır, başqasına dərs verməyə çalışır. Xoşuna gəlmir, qəbul etmirsən, iştirak etmə. Mən səni məcbur etmirəm ki, gəl iştirak et və yaxud demirəm ki, iştirak etməyən vətəni satır, milləti satır, filan edir. Deyirəm o da belə düşünür, düşüncəsinə hörmət edirəm. O da mənə desin ki, qəbul etmirəm, iştirak etmirəm, amma daha təhqir etməsin".

Partiya sədri ümumilikdə iqtidar-müxalifət görüşünü müsbət dəyərləndirdiyini diqqətə çatdırıb: "Bunun nəyi pisdir ki? Oturub söhbət edirik də. Dava edək? Oturub danışırıq, nəyi razılaşa biləcəyik, razılaşacağıq, nəyi razılaşa bilməyəcəyik, razılaşmayacağıq. Amma bu, dava etməkdən yaxşıdır. Hesab edirəm ki, bu proses davam etməlidir".

Qeyd edək ki, bəzi müxalifət partiyaları, xüsusən də AXCP iqtidar-müxalifət dialoqunu pisləməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti