...

Mahmud Məmmədquliyev: Avropa İttifaqı Ermənistana qarşı bəzi tədbirlər görməlidir

Siyasət Materials 25 Fevral 2015 12:20 (UTC +04:00)
“Şərq tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Moldova, Gürcüstan və Ukraynada münaqişələr mövcuddur. Lakin Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var.
Mahmud Məmmədquliyev: Avropa İttifaqı Ermənistana qarşı bəzi tədbirlər görməlidir

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Azad Həsənli/

"Şərq tərəfdaşlığı" ölkələri olan Azərbaycan, Moldova, Gürcüstan və Ukraynada münaqişələr mövcuddur. Lakin Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var. Biz münaqişələrə fərqli münasibət görürük. Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi Azərbaycanda narahatlıq yaradır". Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Aİ Şurasına sədrliyi ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

M.Məmmədquliyev bildirib ki, Avropa İttifaqı münaqişələrin həllini dəstəkləməli, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində münaqişənin həllinə töhfə verməlidir: "Biz bir neçə dəfə bu məsələni qaldırmışıq və gözləyirik, amma heç bir nəticə yoxdur. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dərin araşdırılsaydı və məsələ Avropa İttifaqının maraq dairəsində olsaydı, biz bu gün böyük ehtimalla Ukraynadakı münaqişəyə da şahidlik etməyəcəkdik".

Nazir müavini bildirib ki, Krım hadisələrinə dərhal sanksiya tətbiq olundu: "Qarabağda isə bir sıra layihələr irəli sürülür və Aİ buna təşəbbüs göstərir. Azərbaycan ərazisindəki separatçı rejimə dəstək verilir".

M.Məmmədquliyev deyib ki, Aİ Ermənistana qarşı bəzi tədbirlər görməlidir: "Bu qəbuledilməzidir ki, "Şərq tərəfdaşlığı" ölkələrindən biri digərinin ərazisini işğal edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti