...

Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsinin anım mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 26 Fevral 2015 10:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsinin anım mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Elçin Mehdiyev/

İyirmi üç il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.

Trend-in məlumatına görə, Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin ölkəmizdə səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti