...

"Azərbaycan və Pakistan arasında möhkəm əlaqələr mövcuddur"

Siyasət Materials 3 Aprel 2015 21:08 (UTC +04:00)
Pakistan və Azərbaycan arasında qardaşlıq və dostluğa əsaslanan möhkəm əlaqələr mövcuddur.
"Azərbaycan və Pakistan arasında möhkəm əlaqələr mövcuddur"

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Pakistan və Azərbaycan arasında qardaşlıq və dostluğa əsaslanan möhkəm əlaqələr mövcuddur. Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bu ölkənin müstəqilliyinin 68-ci ildönümünə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Pakistanın Dağlıq Qarabağ münaqişəsində, Pakistan isə Azərbaycanın Kəşmir münaqişəsindəki dəstəyini qiymətləndirir: "İki ölkə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək".

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iki ölkə arasında həmişə möhkəm əlaqələrin olduğunu qeyd edib: "İki ölkə strateji əməkdaşlığı inkişaf etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti