Azərbaycan, Bakı, 15 aprel /Trend/
Aprelin 15-də Serbiyanın Baş naziri Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiyanın Baş naziri Aleksandr Vuçiçi hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.