Leyla Əliyeva 56-cı “Venesiya Biennalesi” çərçivəsində Azərbaycan pavilyonunda iki sərginin açılışında iştirak edib (FOTO)

Leyla Əliyeva 56-cı “Venesiya Biennalesi” çərçivəsində Azərbaycan pavilyonunda iki sərginin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 6-da 56-cı "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

"Venesiya Biennalesi" bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Noyabrın 22-dək davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarından birində - "Kampo Santo Stefano"dakı XIV əsrə aid "Lezze" Sarayında yerləşir. Azərbaycan pavilyonunda təşkil olunan sərgi "Hüdudları aşaraq" adlanır. Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olundu.

Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq 56-cı "Venesiya Biennalesi"ndə iştirak etməkdən məmnun olduğunu bildirdi və Azərbaycan rəssamlarının təmsil olunduğu "Hüdudları aşaraq" sərgisinin əhəmiyyətinə toxundu:

- Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib.

Venesiyada təşkil olunan "Vita Vitale" sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışdı, bu sərginin İDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirdi. Rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən də danışdı.

Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirdi. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş "Bakıya uçuş" sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırdı. Vurğuladı ki, "Hüdudları aşaraq" sərgisi ötən əsrin 60-cı, 70-ci və 80-ci illərində Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən kəşf olunmasına böyük təkan verir.

Artıq beşinci dəfə "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı "Hüdudları aşaraq" sərgisində 7 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur. "Venesiya Biennalesi" vasitəsilə geniş tamaşaçı auditoriyasına açıq olan bu əsərlər XX əsrin repressiv sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. O vaxtlar sovet rejimində kommunist ideologiyasına qarşı çıxan, "üsyankar" mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmirdi, rəssamlar hətta ölkədən kənara da çıxa bilmirdilər. "Hüdudları aşaraq" sərgisi isə indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

Qeyd edək ki, "Venesiya Biennalesi" müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. Bu tədbir müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meyillərin müzakirəsi üçün geniş imkan yaradır. Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin "Venesiya Biennalesi"ndə iştirakı layihəsidir.

Daha sonra "Venesiya Biennalesi" çərçivəsində "Vita Vitale" beynəlxalq sərgisinin də açılışı oldu.

Heydər Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, "Vita Vitale"də Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların əl işləri yer alıb. Bu sərgi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Burada təkcə Azərbaycanın deyil, bütün planetin keçmişini, bu gününü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələləri ilə bağlı rəssamların düşüncələri işıqlandırılıb. "Vita Vitale" sərgisinin ideyalarına tam cavab verən İDEA laboratoriyası bizim təbiətlə gələcək əlaqələrimizi formalaşdırmağa yönəlmiş iddialı və uzun müddətli layihələrin təkmilləşdirilməsi üçün bir məkan rolunu oynayır. Davam etməkdə olan tədqiqatları stimullaşdırmaqla bu məkan bir sıra önəmli təşəbbüslərə töhfə verir.

Xatırladaq ki, bundan əvvəl 55-ci "Venesiya Biennalesi"ndəki "Ornamentlər" adlı Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.

Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb
Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb
Şamaxının 97 faizi qazlaşdırılıb
Şamaxının 97 faizi qazlaşdırılıb
SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
Loading Bars
Xəbər lenti
Rəhbər vəzifədə işləmək istəyənlərin qeydiyyatına başlanılıb
bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək
Baş Prokurorluq məlumat yayıb
Müdafiə Nazirliyi döyüş əməliyyatlarından daha bir video yayıb
Sentyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir
Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Jazeera” kanalına müsahibə verib (VİDEO)
Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq
Livanlı vəkil: BMT Ermənistanın hərbi təxribatlarını dayandırmalıdır
QHT sədri: Xalq-ordu-dövlət birliyi nəticəsində qələbəyə nail olacağıq
Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri
Coğrafiya İnstitutu: İşğal edilmiş ərazilərimizdən qızıl ehtiyatlarımız daşınır
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib: Xeyli düşmən qüvvəsi məhv edilib (VİDEO)
Yardımlıda qədim abidələr və qurbangah aşkarlandı (FOTO)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır
Ermənistan növbəti dəfə ölən hərbçilərin sayının yalnız bir qismini açıqlayıb - ADLAR
Qazaxıstanda koronavirusa daha 52 nəfər yoluxub
Dünyada koronavirus qurbanlarının sayı 1 milyon nəfəri ötüb
MN: Düşmənə sonuncu dəfə xəbərdarlıq edilir
MN daha bir video yaydı: 2 düşmən tankı məhv edilib (VİDEO)
ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb
Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir (VIDEO)
G20 liderləri sammiti 21-22 noyabr tarixlərində keçiriləcək
Bayden: Dağlıq Qarabağda hərbi əməliyyatların baş verməsindən çox narahatam
Özbəkistan portalı Ermənistanın təxribatları ilə əlaqədar materiallar verib
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Gecə klubunda atışma olub, 11 nəfər ölüb
TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb (FOTO)
Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə telefon danışığı olub
Ermənistan canlı itkilərinin sayını gizlədir - Yalnız bir qismi ilə bağlı siyahı yayıb
Müdafiə Nazirliyi: Düşmənin 550 nəfərdən artıq itkisi var, hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub
Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
Azərbaycanda hərbi vəziyyət bu gündən qüvvədədir
ABŞ Ermənistan və Azərbaycanı Qarabağda dərhal atəşkəsə çağırdı
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsi bərpa etməyə çağırıb
Ermənistan ərazilər itirdiklərini etiraf etməyə başladı
Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin qətlə yetirilməsinə etiraz Bəyanatı yayıb
İtaliyalı senatorlar Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
XİN Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olanların adını açıqladı
Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır
"Qarabağ"ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib (ƏLAVƏ OLUNUB-2)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 27.09.2020 tarixli bölüm
Türkiyədə koronavirusdan sağalanların sayı 275 min nəfəri ötüb
Diqqət! Sosial şəbəkələrdə yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Prezidentin köməkçisi diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans formatında görüş keçirib
Səfərbərlik Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir
Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)
Baş Prokurorluq: Beynəlxalq hüququ pozan Ermənistan hərbçilərinin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür
Polkovnik: Azərbaycan ordusu irəliləyir və Ermənistan təşvişdədir
Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır
Mövlud Çavuşoğlu: Ermənistan bu dəfə cavabını döyüş meydanında almaqdadır
Ceyhun Bayramovun Avropa İttifaqının ali nümayəndəsi ilə telefon danışığı olub
Cəbhə bölgəsində qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün beynəlxalq təşkilatlara müraciət edəcək
Ermənilərin təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
FHN: Ermənistan atəşi nəticsində evlərdə və mülki obyektlərdə baş vermiş yanğınlar qısa müddətdə söndürülüb
Milli Məclisin sədr müavini: Qələbə şanlı Ordumuzundur!
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb
Tanınmış erməni saytı çökdürüldü - "Ilham Aliyev: Karabakh is Azerbaijan!" qeydləri yerləşdirildi
Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb
"Azİz": Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik
Azərbaycan XİN rəhbərinin Toivo Klaarla telefon danışığı olub
Hikmət Hacıyev: Murov zirvəsinin azad olunması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir
Baş Prokurorluq: Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib
Ermənistan itkilərini açıqladı: 16 ölü, 100-dən çox yaralı
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Hikmət Hacıyev: Bu qələbəni gətirəcəyik
Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir
Hikmət Hacıyev: Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir
Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir
Vətənpərvər ruhlu kompozisiyalar - "Paşam hey!", "Atəş"
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır (VİDEO)
Düşmənin yalan məlumatlar yayan saxta səhifələri - ONLARA İNANMAYIN! (FOTO)
Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
Ermənistan ordusunda kəskin qan çatışmazlığı müşahidə edilir
Vaqif Dərgahlı: Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır
Polşa XİN Ermənistanı və Azərbaycanı Qarabağla bağlı sülh danışıqlarına qayıtmağa çağırdı
Dövlət Baxçalı: Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq
Millət vəkili cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon dnaışığı olub
NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bəyan edib
ATƏT-in hazırkı sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış edib
İran XİN Bakı və Yerevanı dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı
Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində elektrik yarımstansiyası sıradan çıxıb
Naqif Həmzəyev: Tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaq
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb
Mustafa Şentop və Sahibə Qafarova arasında telefon danışığı olub
Azərbaycan QHT-ləri xalqa müraciət edib
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib
Bütün xəbərlər