...

Azərbaycan daha bir Avropa ölkəsi ilə viza rejiminin sadələşdirilməsi barədə saziş imzalamağa hazırdır

Siyasət Materials 25 İyun 2015 18:18 (UTC +04:00)
Azərbaycan hökuməti İsveçrədən başqa, heç bir Avropa ölkəsi ilə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə saziş imzalamağı planlaşdırmır.
Azərbaycan daha bir Avropa ölkəsi ilə viza rejiminin sadələşdirilməsi barədə saziş imzalamağa hazırdır

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlahə Məmmədli/

Azərbaycan hökuməti İsveçrədən başqa, heç bir Avropa ölkəsi ilə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə saziş imzalamağı planlaşdırmır. Bu barədə Trend-ə eksklüziv açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, İsveçrə ilə sazişin imzalanması ilə bağlı hazırlıq başa çatıb: "Ölkədaxili bütün prosedurlar artıq başa çatıb, yaxın zamanda sənədlərin imzalanması gözlənilir".

M.Məmmədquliyev qeyd edib ki, razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə ilə sadələşdirilmiş viza rejimi Aİ ilə razılaşma şərtləri ilə eyni olacaq: "Sazişə qoşulmayan digər ölkələr ilə verilmiş mərhələdə danışıqlar aparılmır. Lazım gələrsə, bu ölkələr ilə viza rejiminin sadələşdirilməsi və readmissiya barəsində ayrı sazişlər imzalanacaq".

Razılaşmaya uyğun olaraq, ikitərəfli əsasda viza almaq üçün dövlət rüsumu 60 avrodan 35 avroyadək azaldılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti