...

İslam ölkələrinin Azərbaycandakı səfirləri ilə iftar süfrəsində bir sıra məsələlər müzakirə edilib (FOTO)

Siyasət Materials 4 İyul 2015 09:55 (UTC +04:00)
Xarici İşlər Nazirliyi (XIN) adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini iftar məclisinə dəvət edib.
İslam ölkələrinin Azərbaycandakı səfirləri ilə iftar süfrəsində bir sıra məsələlər müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Xarici İşlər Nazirliyi (XIN) adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini iftar məclisinə dəvət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, X.Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

X.Xələfov Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam Əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə baglı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təşəkkürünü bildirib.

X.Xələfov müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti