...

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə ediblər (FOTO)

Siyasət Materials 8 İyul 2015 17:14 (UTC +04:00)
Müdafiə Nazirliyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti