Azərbaycan, Bakı, 22 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və rifah diləyirəm".