...

Məzahir Pənahov: Avqustun sonuna doğru parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək

Siyasət Materials 21 Avqust 2015 11:35 (UTC +04:00)
Avqust ayının sonuna doğru Azərbaycan növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək.
Məzahir Pənahov: Avqustun sonuna doğru parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlkin İzzət/

Avqust ayının sonuna doğru Azərbaycanda növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, artıq seçkilərə hazırlıqla bağlı bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə başlanılıb. Daha sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti