...

Yekaterinburqda Rusiya və Azərbaycan arasında ikitərəfli dialoqun inkişafının yeni tendensiyaları müzakirə olunub (FOTO)

Siyasət Materials 1 Oktyabr 2015 13:33 (UTC +04:00)
Sentyabrın 30-da Yekaterinburqda Rusiya-Azərbaycan Regionlararası Forum çərçivəsində “Rusiya-Azərbaycan: ikitərəfli dialoqun yeni inkişaf tendensiyaları: iqtisadiyyat, siyasət, inteqrasiya” beynəlxalq ekspert görüşü keçirilib.
Yekaterinburqda Rusiya və Azərbaycan arasında ikitərəfli dialoqun inkişafının yeni tendensiyaları müzakirə olunub   (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Sentyabrın 30-da Yekaterinburqda Rusiya-Azərbaycan Regionlararası Forum çərçivəsində "Rusiya-Azərbaycan: ikitərəfli dialoqun yeni inkişaf tendensiyaları: iqtisadiyyat, siyasət, inteqrasiya" beynəlxalq ekspert görüşü keçirilib.

Görüş Rusiyanın xarici ölkələrlə informasiya və elmi əlaqələrin inkişafı üzrə "Şimal-Cənub" Politologiya Mərkəzi və onun Bakıdakı nümayəndəliyilə birgə təşkil edilib.

Görüş iştirakçıları qeyd ediblər ki, hazırda Rusiya və Azərbaycan arasında iqtisadi, siyasi və humanitar dialoq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir.

M.V.Lomonosov adəna MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyevin sözlərinə görə, Rusiya və Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Lakin qeyri-neft sektorunda, hər şeydən əvvəl kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün istifadə edilməmiş potensial qalır. Bürokratik əngəllərin aradan qaldırılması, eləcə də kiçik və orta sahibkarlığın təşəbbüslərinə səmərəli dövlət dəstəyinin göstərilməsilə bağlı müəyyən ehtiyatlar var. Belə addımlar ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın intensifikasiyasına gətirib çıxaracaq. Bununla əlaqədar regionlararası əlaqələrin və regionlararası əməkdaşlıq forumlarının rolu çox vacibdir".

Trend İnformasiya Agentliyinin şef-redaktoru Vaqif Şərifov də Rusiya və Azərbaycanın ticari-iqtisadi əlaqələrinin yüksək potensialını qeyd edib.

O bildirib ki, neft-qaz sahəsində birgə hasilat və daşıma layihələri ikitərəfli əlaqələr üçün daha əhəmiyyətli və maliyyə cəhətdən sərfəlidir: "Əməkdaşlığın bu istiqamətləri gələcəkdə də prioritetini qoruyacaq. Eyni zamanda, strateji baxımdan qarşılıqlı sərmayələrin keyfiyyətini artırmaq və xammalın ixracından asılılığı ardıcıl azaltmaq lazımdır. Fərdi təşəbbüslərə səmərəli dəstək vermək, iki ölkənin qurumlararası və sahələrarası əlaqələrinin kompleks inkişafı lazımdır. Əsas vəzifə yeni ehtiyatların axtarışı və prioritetlərin düzgün sıralanmasıdır. Bu, Rusiya və Azərbaycanın milli iqtisadiyyatlarına qlobal rəqabət şəraitində daha da güclü olmağa imkan verəcək".

Sonra İ.Ağakişiyev parlament seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi vəziyyəti sabit qiymətləndirib: "Ölkə inkişaf edir və bu inkişafın sadə vətəndaşların həyatına təsirinin nəticələri görünür".

Diskussiyalar zamanı Politologiya Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva vurğulayıb ki, Cənubi Qafqaz regionunun hazırda üzləşdiyi yeni risklər və çağırışlar sosial, iqtisadi, informasiya təhükəsizliyi üzrə kompleks məsələlərinin konsolidasiya edilmiş qərarlarını tələb edir: "Bu baxımdan dövlətlərarası əməkdaşlıq dünya bazarlarında ölkələrimizə rəqabətli üstünlüklərə nail olmağa imkan verən ən vacib amillərdən biri kimi çıxış edir. Rusiya və Azərbaycanın geosiyasi, ikitərəfli əməkdaşlıq kontekst baxımından əsas məsələlər üzrə maraqları üst-üstə düşür".

Ekspert vurğulayıb ki, iki ölkə üçün siyasi, iqtisadi, insan kapitalınin inkişafı sahələrində potensialların birləşdirilməsi zamanın çağırışlarının təbii cavabıdır: "İki ölkə arasında fəaliyyətin qarşılıqlı mənfəət və milli maraqlara hörmət əsasında həyata keçirilməsi prinsipial olaraq vacibdir".

Onun sözlərinə görə, "İslam dövləti" də daxil olmaqla xarici təhdidlərin artdığı şəraitdə Rusiya və Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın genişləndirilməsi Xəzər dənizi və Cənubi Qafqaz regionunda kollektiv təhlükəsizlik sisteminin möhkəmləndirilməsi obyektiv şərtdir. Regiondan kənar qüvvələrin vəziyyətə müdaxiləsi isə ayrı-ayrı dövlətlərin daxili sabitliyi üçün əlavə risklər yaradır və bütün region üçün ölümcül nəticələr törədə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti