...

Mahmud Məmmədquliyev: Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi

Siyasət Materials 2 Oktyabr 2015 10:11 (UTC +04:00)
Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o cəzalandırılmalıdır.
Mahmud Məmmədquliyev: Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Diplomatik rütbədən məhrum etmə haqqında qanuna dəyişiklik çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o cəzalandırılmalıdır. Bu barədə Trend-ə Azərbaycan xarici işlər nazirlinin müavini Mahmud Məmmədquliyev Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qanuna dəyişikliklər tamamilə normaldır: "Vəzifənin aşağı salınması, diplomatik rütbədən məhrum etmə cəza tədbiridir. Hər kəs öz işini yerinə yetirməlidir. Diplomatlar haqqında qanuna edilən bu dəyişikliklər ciddi tədbirlərdir, töhmət vermək və vəzifənin aşağı salınması kimi maddələr digər ölkələrin qanunlarında da var".

Bəzi diplomatların ölkəyə qayıtmaması məsələsinə münasibət bildirən nazir müavini qeyd edib ki, öz ölkəsini sevən adam ölkəyə gəlməli və burada öz narazılığını bildirməlidir: "Əgər kimsə getmək istəyirsə, qoy getsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti