...

Mahmud Məmmədquliyev: Azərbaycan və Aİ-nin bir-birinə ehtiyacı var

Siyasət Materials 2 Oktyabr 2015 12:23 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqının (Aİ) bir-birinə ehtiyacı var və müəyyən müddətdən sonra tərəflər arasında münasibətlər bərpa olunacaq.ся
Mahmud Məmmədquliyev: Azərbaycan və Aİ-nin bir-birinə ehtiyacı var

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Avropa İttifaqının (Aİ) bir-birinə ehtiyacı var və müəyyən müddətdən sonra tərəflər arasında münasibətlər bərpa olunacaq. Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra Aİ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, həmin qətnamə qəbul edildikdən sonra Avropa Komissiyasının Azərbaycana səfəri təxirə salındı. Səfər zamanı Azərbaycan və Avropa arasında yeni strateji sazişin detalları müzakirə olunmalı idi.

M.Məmmədquliyev qeyd edib ki, hazırda bu proses dayandırılıb: "Biz bir qədər gözləməliyik. Ümid edirik ki, əlaqələr bərpa olunacaq. Azərbaycan-Aİ münasibətlərində bu, ilk hal deyil".

Nazir müavini diqqətə çatdırıb ki, Avropa Parlamentinin bu addımı tərəflər arasında münasibətlərin ruhuna uyğun gəlmir: "Avropa Parlamenti Avropa İttifaqının strukturlarından biridir və təcrübədə çox şeyi həll etmir. Parlamentin 600 deputatından 300-ü səs verib. Onların arasında neytral mövqe bildirənlər və qətnamənin əleyhinə səs verənlər də var idi. Bu ondan xəbər verir ki, Avropa Parlamentində sağlam düşünən insanlar var və biz onlarla işləməliyik. Çünki Azərbaycan üzrə belə qərarı tələsik qəbul etmək olmaz. Onlar əvvəlcə Azərbaycana gəlməli, vəziyyətlə tanış olmalı və sonra qərar qəbul etməli idilər. Avropa Parlamenti bu cür qərarı tələsik qəbul etməklə öz qanunlarını pozdu".

O hesab edir ki, Avropa Parlamentinin bu cür davranışlarının arxasında erməni lobbisi, eləcə də digər qüvvələr dayana bilər: "Avropa İttifaqının Avropa Komissiyası, Avropa İttifaqı Şurası kimi digər strukturları başqa mövqedədirlər. Onlar istəyirlər ki, Azərbaycanla əlaqələr daha da inkişaf etsin. Buna görə də bir qədər gözləmək lazımdır. Ümidvaram ki, Avropa İttifaqı Azərbaycan əlaqələri bərpa olunacaq və daha da intensiv inkişaf edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti