...

Andreass Qross: Deputat, yoxsa kababçı?

Siyasət Materials 2 Oktyabr 2015 16:38 (UTC +04:00)
2003-cü ilin yay ayları idi. Həmin dövrün “siyasi ulduzu” İsa Qəmbərin qəzetlərindən birində belə bir yazı getmişdi – “Dünya liderləri İsa Qəmbərə görə, Moskvaya yığışdı – ŞOK, ŞOK, ŞOK”.
Andreass Qross: Deputat, yoxsa kababçı?

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

2003-cü ilin yay ayları idi. Həmin dövrün "siyasi ulduzu" İsa Qəmbərin qəzetlərindən birində belə bir yazı dərc olunmuşdu - "Dünya liderləri İsa Qəmbərə görə, Moskvaya yığışdı - ŞOK, ŞOK, ŞOK".

Yazida iddia olunurdu ki, guya ABŞ prezidenti Corc Buş, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Əhməd Necdət Sezər və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvada bahalı otellərin birində gizli görüş keçirib, İsa Qəmbəri hakimiyyətə gətirməklə bağlı məxfi razılığa gəliblər. Heç iki ay keçmədi ki, İsa Qəmbər siyasi iflasa uğradı və bu günə qədər də özünə gələ bilmir.

Növbəti belə tamaşa 2005-ci ildə "səhnəyə" qoyuldu. Bu dəfə Rəsul Quliyev Bakıya dönəcəkdi. Haşiyəyə çıxaraq deyək ki, 2003-cü ilin 14 oktyabrında "Rəsul Quliyev gecə saatlarında Bakıya dönəcək" yazısı müxalif mətbuatın ana xəbəri idi. İki il sonra yenidən bu xəbər tirajlandı və sən demə R.Quliyev Bakıya yox, Kiyevə gedəcəkmiş.

Bütün bunları niyə xatırladıq. Ona görə ki, bu "müxalifət liderləri" həm cəmiyyəti, həm də tərəfdarlarını aldatmağa vərdiş ediblər. Yalan onların həyat tərzinə çevrilib. İllər keçsə də, dünyamız müasirləşsə də, bu şakərdən qurtula bilmirlər. Hər seçkiöncəsi tamaşalar düzəldir, şoular yaradır, yekunda "Niyə yalan danışdınız?" sualına cavab vermək əvəzinə, tısbağa kimi qınlarına çəkilib gizlənirlər.

İndi də Avropa Parlamenti, Avropa Şurası məsələsini ortaya atıblar. Danışmağa normal adam da tapa bilmirlər. Bu dəfə də Andreass Qross işə "yarıyır". O Andreass Qross ki, onu Avropanın özündə ciddiyə almırlar, heç bir tədbirə dəvət etmirlər, meymun kimi oynadırlar.

İctimai rəyə təsir imkanları Qabil Hüseynlidən o yana keçməyən "siyasi icmalçı" Qross "Azadlıq" qəzetinə açıqlama verir. Qərb mətbuatına yox a, "Azadlıq" qəzetinə. Deyir ki, Azərbaycanın Avropa ilə diplomatik münasibətləri gərgindir və bir neçə aya vəziyyət pik həddə çatacaq. Belə də ki, münasibət olmayacaq, cəhənnəmə olsun, gora olsun!

BMT, Avropa Parlamenti, Avropa Şurası o qədər mənasız qurumlardır ki, onların qətnamələri əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. Yoxsa bu qətnamələrin önəmi var, Cənab, Qross? Onda niyə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Sərkisyan arxasını çevirir? Sərkisyana gücü çatmayan qurumların Azərbaycana edəcəyi nə ola bilər axı? Get özünə iş-güc tap, Andreass. Yox əgər bekarsansa, get müəllimlik elə, daş daşı, kababçı işlə və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti