...

Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 25 Noyabr 2015 18:56 (UTC +04:00)
Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.
Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın "Cücələrim" əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti