...

Fuad Muradov: "İnanmıram ki, ABŞ münasibətləri gərginləşdirməkdə maraqlı olsun"

Siyasət Materials 17 Dekabr 2015 18:24 (UTC +04:00)
Belə bir vəziyyətin yaranması ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirə bilər.
Fuad Muradov: "İnanmıram ki, ABŞ münasibətləri gərginləşdirməkdə maraqlı olsun"

Bakı. Trend:

Belə bir vəziyyətin yaranması ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirə bilər. Bunu Trend-ə Milli Məclisin deputatı Fuad Muradov ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.

F.Muradov belə bir situasiyanın yaranacağına inanmadığını bildirib: "Belə bir vəziyyətin yaranması iki ölkə arasında münasibətləri gərginləşdirə bilər və ümumən münasibətlərə xələl gətirər. İnanmıram ki, ABŞ münasibətlərin bu şəkil almasında maraqlı olsun".

Millət vəkili deyib ki, belə bir halın yaranması beynəlxalq müstəvidə Qarabağla bağlı aparılan danışıqları, ümumilikdə isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesini ləngidə bilər: "Azərbaycanın üzləşdiyi təcavüz beynəlxalq miqyas alıb. Bu mənada, düşünürəm ki, belə bir vəziyyət yaranarsa, beynəlxalq müstəvidə məsələnin həlli üçün işə salınan elementlər dona bilər".

O vurğulayıb ki, bu gün Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır: "Azərbaycanın ərazi bütövlüyü pozulub. İyirmi faiz torpaqlarımız işğal altındadır. Bu məsələ ilə beynəlxalq müstəvidə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ isə Minsk qrupunun 3 üzvündən biridir. Ona görə də düşünürəm ki, bu, həm də birmənalı olaraq ermənipərəst qüvvələrin fəallaşmasına gətirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti