Prezident İlham Əliyev “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

Trend-in məlumatına görə, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və "ATEF Şirkətlər Qrupu"nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat verdilər. Bildirildi ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verildi. "

ATEF Şirkətlər Qrupu" ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Ümummilli lider Heydər Əliyev 1982-ci və 1986-cü illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir.

İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər.

Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə saldı.

Məlumat verildi ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.

Qeyd edildi ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar və 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Zavodun sərgi salonunda şirkətin müəssisələrində istehsal edilən məhsullar barədə məlumat verildi. Zavodlarda müxtəlif təyinatlı və gərginlikli yağ və güc transformatorları, açıq və qapalı tipli yarımstansiyalar, mühafizə və idarəetmə panelləri, elektrotexniki avadanlıqlar, radiatorlar, bloklar, şkaflar, ümumilikdə 200 çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində şirkətlər qrupunun zavodları 150 milyon dollarlıq məhsul ixrac edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.

Sonra Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.

Qeyd edildi ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əmək haqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
Loading Bars
Xəbər lenti
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir
Yasamalda yaşayış binasında yanğın olub
İrandan Azərbaycana narkotik və psixotrop həblər keçirən iki qardaş saxanıldı (FOTO)
Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub (FOTO)
Sumqayıt Texnologiya Parkında yeni şirkət yaradılıb
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Az da olanda şükür edirəm, çox da olanda - Usta ilə söhbət
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib
Yelo Bankdan hər kəsə komissiyasız və zaminsiz kreditlər
Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisini dələduzluqda ittiham etdi
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub (FOTO)
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir - TƏBİB
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır
Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə icra edəcək
Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?
Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi
Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – Qubad usta
Türkiyədə 700-dən çox müdafiə sənayesi layihəsi icra olunur - Vitse-prezident
Polis Oğuzda reyd keçirib (FOTO)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Qarabağda yüksək səviyyəli hotellər yaradılacaq - RƏSMİ
“France-24” Füzuli barədə reportaj hazırlayıb (VİDEO)
Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib (FOTO)
Ağcabədidə yollar yenidən qurulur (FOTO)
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Bütün xəbərlər