...

Tikintiyə vərəsəlik hüququnun müddəti xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən çox ola bilməz

Siyasət Materials 15 Yanvar 2016 00:56 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Tikintiyə vərəsəlik hüququnun müddəti xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən çox ola bilməz

Bakı. Trend:

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Məcəllənin 250.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

"250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - qırx doqquz ildən çox ola bilməz".

Xəbər lenti

Xəbər lenti