...

Pakistan Preston Universitetində "20 Yanvar - azadlıq əleyhinə cinayət" adlı seminar keçirilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2016 20:35 (UTC +04:00)
Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən Pakistan Preston Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “20 Yanvar - azadlıq əleyhinə cinayət” adlı seminar keçirilib.
Pakistan Preston Universitetində "20 Yanvar - azadlıq əleyhinə cinayət" adlı seminar keçirilib (FOTO)

Bakı. Trend:

Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən Pakistan Preston Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş "20 Yanvar - azadlıq əleyhinə cinayət" adlı seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ali qonaq qismində 1999-2002-ci illərdə Pakistanın xarici işlər naziri olmuş, tanınmış siyasi xadim Abdul Səttarın təşrif buyurduğu, diplomatlar, tədqiqatçılar və media mənsublarının qatıldığı seminarda Pakistan Preston Universitetinin rektoru Abdul Basit, İslamabad Milli Müdafiə İnstitutunun dosenti Seyf-ur-Rəhman Malik, Ravalpindi Fatima Cinnah Qadınlar Universitetinin Mudafiə və diplomatik araşdırmalar kafedrasının müdiri Saima Kayani çıxış ediblər.

Preston Universitetinin rektoru A.Basit nitqində 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki şərəfli rolundan, müstəqilliyinə qovuşan Azərbaycanın öz inkişaf yolunu tutaraq beynəlxalq aləmin önəmli üzvlərindən birinə çevrilməsindən danışıb.

S.Malik 20 Yanvar faciəsini doğuran tarixi-siyasi şərait barədə ətraflı məlumat verib, sovet imperiyasının ambisiyaları qarşısında Azərbaycan xalqının istiqlal əzminin qalib gəlməsi faktına diqqəti cəlb edib.

S.Kayani sovet imperiyasının ermənipərəst mövqeyinin Azərbaycan xalqının qəzəbinə səbəb olduğunu, müstəqillik ideyaları ilə yaşayan insanların sovet ordusu qarşısında mətin dayanmaqdan qorxmadığını iştirakçıların nəzərinə çatdırıb.

Azərbaycanın Pakistandakı müvəqqəti işlər vəkili Çingiz Qəribli qeyd edib ki, 20 Yanvar faciəsinin iki əsas faktoru - zəngin milli-mədəni dəyərlərə malik Azərbaycan xalqının müstəqillik ideyalarının alovlanması və sovet imperiyasının qeyd-şərtsiz Ermənistanın təcavüzkar siyasətini dəstəkləməsinə Azərbaycan xalqının etiraz etməsi vəhdət təşkil etmiş, nəticədə xalqın iradəsi qalib gəlmiş, Azərbaycan müstəqilliyinə qovuşmuşdur.

Tədbirin ali qonağı, Pakistanın sabiq xarici işlər naziri A.Səttarın çıxışı xüsusilə maraqlı olub: "Mən Pakistanın SSRİ-də səfiri olduğum zaman bu ölkənin xarici işlər naziri Eduard Şevardnadze SSRİ-nin çokməsinə 3 səbəb göstərmişdi: Şərqi Avropa işğalının yükü, Çinlə ziddiyyətlər, Əfqanıstan işğalının yükü. Mən isə 20 Yanvar faciəsini də SSRİ-nin süqutuna səbəb olan əsas hadisələrdən biri kimi dəyərləndirirəm".

Seminarın gedişində iştirakçılar 20 Yanvar faciəsinin müxtəlif məqamlarını əks etdirən videomateriala baxıblar.

X X X

20 Yanvar faciəsinin mahiyyəti və əhəmiyyəti Pakistan mediasında da işıqlandırılıb. İslamabadda dərc olunan "Diplomatic Star" jurnalında tədqiqatçı Sabah Aslamın "20 Yanvar - Bir gün necə dönüş nöqtəsi ola bilmişdir?!" adlı məqaləsi dərc olunub.

Müəllif 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun azadlıq səsini boğmaq məqsədilə qəddarlıqla silahsız insanlara atəş açması, nəticədə 150 nəfərin öldürülməsi, 750-dən çox nəfərin yaralanması və 400-ə yaxın şəxsin həbs olunması haqqında məlumat verir.

1988-ci ildə Azərbaycanda sovet imperializminə və kommunizmə qarşı başlayan milli müstəqillik hərəkatı iki amillə əsaslandırılır:
birincisi, sovet imperiyasının azərbaycanlılara qarşı kütləvi qətllər və etnik təmizləmə cinayətləri törətmiş erməniləri tam şəkildə müdafiə etməsi. İkinci amil isə 1918-1920-ci illərdə öz müstəqil dövlətinin olmasından ilham alan Azərbaycan xalqının müstəqilliyə və azadlığa olan arzusu.

Məqalədə vurğulanır ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gedərək faciəni törədənləri pisləmiş və buna görə məsuliyyəti bilavasitə keçmiş SSRİ-nin rəsmilərinin daşıdığını bəyan etmişdir.

S.Aslam məqaləsində 20 Yanvar şəhidlərinin Bakının ən yüksək nöqtəsində, Dağüstü parkda dəfn olunduğunu və həmin gündən etibarən həmin yerin Şəhidlər xiyabanı, həmin qətliamın isə "Qara Yanvar" adlandırıldığını vurğulayıb, sözügedən qırğının azərbaycanlıları öz mübarizələrindən diyandıra bilməyib. Siyasi, mənəvi və hərbi təcavüzün qurbanı olmasına baxmayaraq, Azərbaycan müstəqillik hərəkatı sonda qələbə çalmış və 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti