...

Komissar: Afrika İttifaqı Azərbaycanla əməkdaşlığa hazırdır

Siyasət Materials 11 Fevral 2016 11:54
Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev fevralın 10-da Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Antoni Motae Marupinq ilə görüşüb.
Komissar: Afrika İttifaqı Azərbaycanla əməkdaşlığa hazırdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev fevralın 10-da Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Antoni Motae Marupinq ilə görüşüb.

Bu barədə Trend-ə nümayəndəlikdən məlumat verilib.

Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri barədə məlumat verən səfir E.Abdullayev ölkəmizin regionun liderinə çevrildiyini onun diqqətinə çatdırıb. Səfir E.Abdullayev ölkəmizin bir çox sahələrdə böyük uğurlara imza atdığını vurğulayıb.

İqtisadi məsələləri üzrə komissar Marupinq Azərbaycanın qazandığı uğurları dəyərləndirdiyini bildirərək, Afrika İttifaqının ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Cənab Marupinq Afrika İttifaqının fəaliyyət planı hesab edilən "Agenda 2063" haqqında ətraflı məlumat verib və həmin fəaliyyət planının həyata keçirilməsi zamanı Azərbaycanın zəngin təcrübəsinin nəzərə alınması vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti