...

Daha Yaxşı Macarıstan Uğrunda–Yobbik partiyası: Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə qınayırıq

Siyasət Materials 3 Mart 2016 14:34 (UTC +04:00)
Macarıstanın Parlamentində təmsil olunan ikinci böyük siyasi partiyası - Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı açıqlama yayıb.
Daha Yaxşı Macarıstan Uğrunda–Yobbik partiyası: Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə qınayırıq

Bakı. Trend:

Macarıstanın Parlamentində təmsil olunan ikinci böyük siyasi partiyası - Daha Yaxşı Macarıstan Uğrunda - Yobbik partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı açıqlama yayıb.

Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, açıqlamada 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklərdən və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib. Sənədin ölkənin aparıcı KİV-lərində dərc edildiyi qeyd olunur.

Açıqlamada Azərbaycan xalqının 1988-ci ildə elan olunmamış müharibə nəticəsində erməni təcavüzü ilə üzləşdiyi, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Xocalıda sadəcə etnik mənsubluğa görə 83 nəfəri uşaq, 106 nəfəri qadın olmaqla, 613 nəfər dinc sakini amansızcasına qətlə yetirdikləri qeyd olunur. Ermənistanın bu gün də Azərbaycanın torpaqlarının beşdə birini işğal altında saxladığının açıq şəkildə vurğulandığı sənəddə törədilən qanlı cinayətlərə baxmayaraq, ölkəmizin münaqişənin hərbi yolla deyil, diplomatik danışıqlar vasitəsi ilə həllinə çalışdığı bildirilir.

Daha yaxşı Macarıstan uğrunda - Yobbik partiyası mətbuat üçün yaydığı açıqlamada ermənilərin Azərbaycana qarşı təcavüzünü qətiyyətlə qınadığını, Azərbaycanın tarixi ədalətin bərpası, münaqişəni həlli və uzun müddətli sülh yaratmaq istiqamətindəki səylərini dəstəklədiyini bildirir. Sənəddə eyni zamanda Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur, Xocalı soyqırımı qurbanlarının ailələrinə və yaxınlarına başsaqlığı verilir.

Partiyanın sədri Qabor Vona səfir Vilayət Quliyevə ünvanladığı ayrıca məktubda faciəli hadisənin ildönümü münasibəti ilə Azərbaycan rəhbərliyinə rəhbəri olduğu partiyanın kədər və təəssüfünü çatdırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti