...

Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edildi

Siyasət Materials 12 Aprel 2016 18:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edildi

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilsin".

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Samir Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti