Prezident İlham Əliyev: Siyasi sabitlik Azərbaycanın üstün cəhətlərindəndir

Prezident İlham Əliyev: Siyasi sabitlik Azərbaycanın üstün cəhətlərindəndir

Bakı. Trend:

"Dəyərli fikirlərinizə görə sizə təşəkkür edirəm. Onların hamısı ümumiləşdiriləcək və islahatlarımızın davam etdirilməsində bir istiqamət rolunu oynayacaq. Bildiyimə görə, Palatanın bəzi üzvləri artıq mənim iqtisadi islahatlar üzrə köməkçimlə bir yerdə çalışır və buna görə öz minnətdarlığımı bildirmək istərdim. Son zamanlar tətbiq edilmiş islahatların bir hissəsi sizin dəyərli fikirləriniz sayəsində ərsəyə gəlmişdir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman yekun nitqində deyib.

Dövlət başçısı daha sonra yekun nitqində bildirib: "Burada səsləndirilən bəzi fikirlərə münasibət bildirmək istərdim. Sizin təklif etdiyiniz bütün məsələlərlə razılaşıram və arzu edirəm ki, bütün bu təkliflər ən qısa zamanda həyata keçirilsin. Tamamilə razıyam ki, kiçik və orta müəssisələr hər bir iqtisadiyyatın aparıcı qüvvəsidir. Böyük iqtisadiyyata malik olan ölkələrin təcrübəsindən də məlumdur ki, bu, belədir.

Bizim də məhz buna ehtiyacımız var. İyirmi beş il öncə bu, belə deyildi, çünki biz siyasi sistemimizi transformasiya etməli, dövlət qurmalı və eyni zamanda, iqtisadi sistemimizi də transformasiya etməli idik. Bu səbəbdən biz hələ də həmin prosesin başlanğıcındayıq. Lakin hesab edirəm ki, kiçik və orta müəssisələrin dəstəklənməsinə diqqətin yönəldilməsi burada üstünlük təşkil edən amil olacaqdır.

Biz bu istiqamətdə müəyyən addımlar atır, daxili istehsalı təşviq edir, daha çox iqtisadi artıma ehtiyac duyulan sahələrdə özəl sektora kreditlər ayırırıq. Ancaq düşünürəm ki, bu sahədə diqqət vergi rejimi ilə bağlı qanunvericilik və sərmayə mühitinə yönəldilməlidir. Müvafiq sərmayə mühiti, kiçik və orta müəssisələr üçün imkanlar yarandığı halda onların özləri inkişaf edəcəkdir. Dövlət qurumları isə onların gündəlik fəaliyyətinə müdaxilə deyil, yalnız lazımi şərait yaratmalıdır.

Burada kiçik və orta şirkətlər ən həssas vəziyyətdədir. Çünki böyük şirkətlər özlərini müdafiə edə, öz mövqelərini ortaya qoya bilirlər. Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir və hesab edirəm ki, bu sahədə onlar üçün şəraitin yaradılması məqsədilə inzibati və institusional tədbirlər görülməlidir.

Sizin də qeyd etdiyiniz kimi, lisenziyaların azaldılması daha bir vacib addım olmuşdur. Nazirlər Kabinetinin sonuncu iclasında dediyim kimi, biz yoxlama və təftişlərin sayının kəskin şəkildə azalmasına nail olmuşuq. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, özəl sektor da yeni vəziyyətə uyğunlaşacaqdır. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir.

Ancaq bu, o qədər də asan məsələ deyildir və siz də bundan xəbərdarsınız. Burada çoxsaylı əks-arqumentlər mövcud idi və mən hələ də onları eşidirəm. Lakin hesab edirəm ki, nəticələri gözləmək lazımdır. Ola bilsin ki, nəzarəti daha da gücləndirmək lazım gələcək. Gəlin ilin sonunadək gözləyək və görək hansı nəticələr əldə olunur. Əminəm ki, nəticələr bugünkülərdən də yaxşı olacaqdır.

Maliyyə və bank sektorunda nəzarət sizin də qeyd etdiyiniz kimi, çox vacibdir. Yaxın keçmişdə şahidi olduğumuz kimi, bu sektorda nəzarətin lazımi səviyyədə olmaması bizim maliyyə sistemimiz üçün çoxsaylı problemlər yaratmışdır. Bank və maliyyə sektorunun daha da güclü nəzarətə ehtiyacı var. Bildiyiniz kimi, milli valyutaya etimadın artırılması üçün addımlar atılmışdır. Əmanətlərin yüz faiz sığortalanması təmin edilmişdir. Bütün bu addımlar maliyyə sisteminin sabitləşməsi üçün atılmışdır. Bank sektoru üzərində lazımi nəzarət olsa idi, bəlkə də biz bu gün daha münasib mövqeyə malik olardıq.

Bununla belə, tərəfimizdən atılmış və sizin də yüksək qiymətləndirdiyiniz addımlar hesab edirəm ki, bizə inkişaf etmiş dövlətlərə məxsus sistemin yaradılmasında yardım edəcək.

İş icazəsi kimi məsələlər həll olunandır. Biz bürokratiyanı azaltmalı və mövcud qayda-qanunlarımızda yeni elementlər tətbiq etməliyik. Bunlar Palatanın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər idi. "Holcim" şirkətinin nümayəndəsi də vacib fikir bildirdi. Sizin şirkətə gəldikdə, istərdim bir nümunəni diqqətinizə çatdırım. "Holcim" şirkəti Azərbaycana gələndə İsveçrə hökuməti müraciət etmişdi ki, bu şirkət Azərbaycanda fəaliyyət göstərmək və sərmayə yatırmaq arzusundadır. Xatırlayıram ki, bu, ilk iqtisadi böhran dönəminə, 2008-ci ilə təsadüf etmişdir.

Mən dərhal bu fikri dəstəklədim və daha sonra "Holcim" ölkəmizə sərmayə yatırdı. Yanılmıramsa, bu, təqribən 300 milyon ABŞ dollarına bərabər sərmayə olmuşdur. Dünyanın hər yerində sərmayə qıtlığı yaşanan bir vaxtda həmin yatırım yaxşı siqnal idi. Eyni zamanda, bu, digər şirkətlər üçün imkan yaratmış oldu və onlar da sement sektoruna sərmayə qoymaq qərarına gəldilər.

Bu gün biz bu sahədə özümüzü tam təmin etmişik, ixrac potensialımız var və əlbəttə, yerli istehsalın, istehsalçıların müdafiəsi çox vacib məsələdir. Mən hər zaman bunu əsas prioritet hesab etmişəm. Bununla yanaşı, biz yaxşı balans yaratmalıyıq ki, yerli istehsalçılar nəticədə inhisarçılara çevrilməsin. Təbii ki, rəqabətin gücləndirilməsi baxımından idxal vacibdir. Lakin diqqət yetirməli olacağımız məsələ yerli istehsalın qorunması ilə yanaşı, digərləri üçün imkanların yaradılmasından ibarət olacaqdır.

Demək istədiyim budur, biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, heç bir hökumətin hər hansı şirkətin Azərbaycana sərmayə qoyuluşu ilə bağlı zəruri şəraitin yaradılması üçün ölkə Prezidentinə müraciət etməsinə ehtiyac olmasın. Bizim hədəfimiz budur - "Holcim" və digərləri bunu özləri edə bilsin. Qayda, qanun və prosedurlar olsun ki, onlar gəlib asan şəkildə, bürokratiyasız sərmayə qoya bilsinlər. Arada bir çox şəxsin razılığa gəlib-gəlməməsinə, Prezidentə zəng etməyə ehtiyac qalmasın.

Mənim arzum belə bir şəraiti görməkdir və düşünürəm ki, sizin köməyinizlə bu, baş verəcək. Bu, baş verən kimi, biznes inkişaf edəcək və sərmayə qoyulacaqdır. Bu da yaxşı mexanizmdir, səmərəlidir. Əks təqdirdə, həmişə Prezident, Baş nazir və ya nazirlərdən kömək göstərmək xahiş ediləcək. Ancaq mən ümid edirəm ki, gələcəkdə bu, daha da avtonom şəkildə həyata keçiriləcəkdir.

Siz həm də infrastruktur və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərə toxundunuz. Biz bununla məşğul oluruq, qovşaq yaratmağa çalışırıq. Coğrafi yerləşməmizi və regional əlaqə istiqamətlərini nəzərə alsaq, artıq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələri həyata keçirilməkdədir.

Bununla yanaşı, artıq elan edilmişdir ki, bizdə dəniz limanımızın yaxınlığında, Ələtdə azad ticarət zonasının yaradılmasına ehtiyac var. Beləliklə, Yaxın Şərq və Şərqi Asiya dövlətlərinin müsbət təcrübəsindən istifadə olunacaq.

Gömrük və vergi sistemlərində müsbət dəyişikliklərlə bağlı fikirlərinizə görə minnətdaram. Burada hər şey çox sadədir. Biz beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq - biznes üçün şəffaf, açıq, proqnozlaşdırılan və dost yanaşması ilə fərqlənən sistem. Müdaxiləsiz, qeyri-qanuni tələblərsiz, gecikməsiz, inhisarçılıqsız, azad rəqabətə malik şəffaf şərait. Biz bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, ilkin nailiyyətlərimiz var və bu, uzunmüddətli siyasət olacaqdır.

Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilmişdir. Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm.

Dövlətə məxsus müəssisələr məsələsi. Razıyam ki, burada korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır. Mən bununla bağlı artıq belə müəssisələrin rəhbərlərinə göstərişlər vermişəm və bəzilərində artıq transformasiya prosesi başlamışdır. SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var və ümid edirəm ki, digər şirkətlər də bu istiqamətdə işləyəcək. Onlar ilə özəl şirkətlər arasında yeganə fərq sadəcə səhmlərinin dövlətə məxsusluğu olacaqdır.

Bu, başadüşüləndir, çünki həmin müəssisələr strateji əhəmiyyətlidir. Bəlkə vaxt gələcək ki, onların səhmləri satışa çıxarılacaq və mən bunu ehtimal edirəm. Ancaq keçmişi və deyərdim, təfəkkürü nəzərə alsaq, onlar hazırda dövlətə məxsus olaraq qalmalıdır. Hansısa bir kənddə qaz olmayanda insanlar dövlət müəssisəsinin qapısını döyürlər. Yəni, vaxt gələcək və həmin şirkətlərin bir hissəsi satışa çıxarılacaq, ancaq hazırda korporativ idarəetmə çox vacib məsələdir. Eyni zamanda, hesab edirəm ki, sistemin daha səmərəli olması ilə bağlı sizin tərəfinizdən də müəyyən istiqamət təqdim edilməlidir. O zaman onlar daha səmərəli, şəffaf və açıq fəaliyyət göstərəcək, maliyyələşdirmə, yaxud digər formada daha fəal işləyəcəklər.

Şəffaflıq məsələsinə gəldikdə, mən dəfələrlə bununla bağlı fikirlərimi bildirmişəm. Bu, hər bir ölkə və şirkət üçün vacibdir. Biz bu sahədə işləri davam etdirəcəyik.

Qordon, fikirlərinizə görə təşəkkür edirəm. Digər iştirakçılardan fərqli olaraq, biz sizinlə tez-tez görüşürük. Bu isə bizim strateji əməkdaşlığımızdan irəli gəlir. Şadam ki, iyirmi ildən artıq müddət ərzində BP Azərbaycanda fəal çalışır və sərmayə, xüsusilə yerli şirkətlər üçün imkanların yaradılması sahəsində, təhsil sahəsində gözəl işləyirsiniz. Dediyiniz kimi, əməkdaşlarınızın təqribən 90 faizi azərbaycanlılardır. Bu, yaxşı haldır və bizim yaxşı tərəfdaş olmağımızın göstəricisidir.

Ancaq BP-nin Azərbaycan iqtisadiyyatında xüsusi mövqeyə malik olmasına baxmayaraq, bizim gündəlik fəaliyyətimizdə problemlərimiz də olur və onların hamısı nəzərə alınmalıdır. Bildiyimə görə, sizin SOCAR ilə çox yaxşı işgüzar əlaqələriniz, digər dövlət təsisatları ilə də təmaslarınız var.

Problemlərin həll edilməsi siyasi mədəniyyəti çox vacib məsələdir. Ümumiyyətlə, siyasi mədəniyyət olduqca vacibdir. Biz gənc dövlətik. Hüquqi və siyasi sistemin sabitliyi, proqnozlaşdırılma istənilən sərmayəni şərtləndirən amillərdir. Sərmayələr yalnız sabit, proqnozlaşdırılan və sabit təsisatlara malik ölkəyə yatırıla bilər. Hesab edirəm ki, siyasi sabitlik Azərbaycanın üstün cəhətlərindəndir. İqtisadi və maliyyə sabitliyi də təmin olunur. Cəmiyyətimizdə xarici siyasət prioritetləri, iqtisadi və daxili siyasət, habelə ölkəmizin inkişaf istiqamətləri ilə bağlı yekdillik vardır.

Düşünürəm ki, sizin demək olar, bütün fikirlərinizə münasibət bildirdim. Bir neçə məsələni əlavə etmək istərdim. Burada elektron hökumət məsələsi qeyd edildi. Biz bu sahədə çalışırıq. "ASAN xidmət" yaxşı nümunədir. İki il ərzində oraya 7 milyon müraciət olunmuşdur və bu rəqəm böyük ehtimalla artmışdır. Bu, dövlət qulluğunda bir inqilab oldu. Bu, nəinki dövlət qulluğunda, zənnimcə, xalqımız üçün böyük yenilik oldu. Əvvəllər, onlar bunun mümkün olmasına inanmırdılar. Yəni, adamlar üçün almaq istədiklərini hər hansı tələb olmadan əldə etmələri mümkün oldu. Bir sözlə, həmin iş bunun mümkünlüyünü göstərdi. Göstərdi ki, biz buna nail ola bilərik. Hazırda isə məqsəd həmin fəaliyyəti genişləndirməkdir. Söhbət onun təkcə coğrafi baxımdan genişləndirilməsindən getmir. Hazırda rayonlarda iki mərkəz tikilmək üzrədir. Həmçinin orada göstərilən xidmətlərin sayı da artacaq. Biz daha çox xidmət növlərini əlavə edəcəyik.

Öncə söylədiyim kimi, "ASAN" hər yerdə olacaq. "ASAN" şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər. İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, "ASAN" genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz. Bu, artıq bizim brendimizdir - Made in Azerbaijan. Şadam ki, artıq əqli məhsullarla da fəxr edə bilərik.

Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. "ASAN xidmət"dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər.

Bildirmək istəyirəm ki, biz genişmiqyaslı özəlləşdirmə proqramına başlamaq fikrindəyik. Bu, artıq elan edilib. Hazırda hökumət bir sıra sektorlar üzərində çalışır. Ümid edirəm ki, biz Azərbaycanı yeni yanaşma və islahatlarla xarici şirkətlər üçün çox cəlbedici edəcəyik. Bütün bunlar, fikrimcə, qaldırılmış əsas məsələlərdir.

Şərhlərinizə görə çox minnətdaram. Əminəm ki, yenidən görüşəcəyik və bunu bir növ dövri iclas formasına salacağıq. Sizdən heç kim hökumətimizi tənqid etmədi və bu, məni təəccübləndirdi. Siz çox nəzakətli oldunuz. Sağ olun buna görə. Lakin mən bu görüşü tənqidsiz tərk edə bilmərəm. Bu səbəbdən, mən sizi tənqid etmək istərdim. Bu isə gender bərabərsizliyi ilə bağlıdır. Palata üzvləri arasında yalnız iki qadın var. Ümid edirəm ki, növbəti görüşdə işgüzar qadınları daha çox görəcəyik. Çox sağ olun, sizə böyük uğurlar arzulayıram".

Azərbaycan nefti ucuzlaşır
Azərbaycan nefti ucuzlaşır
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Loading Bars
Xəbər lenti
Azərbaycan parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Norveçdə 5,6 bal gücündə zəlzələ olub
İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, bombacıq, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 322 mini keçib
ATƏT-in Minsk Qrupu Cenevrə görüşü ilə bağlı bəyanat yayıb
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri ilə görüşü başa çatıb
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
"FranckMuller" saatlarının banisi Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub - Hikmət Hacıyev
Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir - Deputat
Ekstremist "Zouaves Paris" qruplaşmasının rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb (FOTO)
"Modern Diplomacy"də Ermənistanın Dağlıq Qarabağın mədəni irsini məhv etməsi ilə bağlı məqalə dərc edilib
Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - MN (VİDEO)
Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO)
"Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb
Respublika Seysmoloji Xidmət Mərkəzi İzmirdə baş verən zəlzələ ilə bağlı müşahidələri davam etdirir
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub
Hikmət Hacıyev: Dualarımız Qardaş Türkiyə ilə birlikdədir
Birinci vitse-prezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib (FOTO)
Azərbaycanlı və gürcüstanlı ekspertlər arasında videokörpü keçirilib - REAL TV və Trend BİA-nın layihəsi
Xocalı soyqırımını törədənlərə qarşı ədalət psinsipi olmadığına görə ermənilər hərbi cinayətlərini davam etdirirlər - Deputat
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Prezidenti xanım Berna Yılmaza başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
“5+2 formulu”nun kompromis variant kimi təklifi artıq mənasını itirir - Qafqazşünaslıq İnstitutu
AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib
Düşmənə dəqiq zərbələr endirilib (VİDEO)
Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb
Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır - Anar Eyvazov
Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib
İzmirdə baş verən zəlzələ nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb
Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan məhbusları Qarabağa göndərir
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək (FOTO)
Ermənistan işğalçı dövlətdir - Daniel Pommier
Ermənistanın artilleriya atəşləri nəticəsində Goranboyda meşədə başlayan yanğın söndürülüb
İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır
Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz - Rus icmasının sədri (FOTO)
İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi - Ceyhun Bayramov
Venesiyada Erməni terroruna etiraz edilib (FOTO)
İndi şəhərdə həyəcanlı ab-hava hökm sürür - İzmirdə yaşayan azərbaycanlı
Noyabr ayına olan hava proqnozu açıqlandı
“Formalaşmış yeni komanda Bankın gələcəyinə çox böyük ümidlər yaradır” – Nikoloz Şurqaia
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng etdi: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
Məni zorla döyüşlərə cəlb ediblər - Erməni din xadimi (VİDEO)
Yunanıstanda da güclü zəlzələ olub
Ermənistan ordusunda keşişlər də döyüşür - FOTOFAKT
Noyabrın 2-də manatın dollara qarşı məzənnəsi
Azərbaycanın Türkiyədəki Səfirliyi İzmirdəki zəlzələyə görə "Qaynar xətt" yaratdı
Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 "Smerç" bu gün məhv edilib (VİDEO)
“SOS Children's Villages International” Azərbaycanda ailələrə və uşaqlara dəstək göstərilməsi ilə bağlı humanitar çağırış edib
Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
Böyük Britaniya Ermənistanın mülki məntəqələri atəşə tutmasını qətiyyətlə pisləyir
Xaricdə yaşayan Azərbaycanlılara düşmənlə mübarizədə dəstək olaq!
Xudafərin kəndindən videoreportaj
İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat yoxdur - XİN
Bu il Azərbaycanda Gürcüstan parlamentinə seçkilərlə əlaqədar səsvermə keçirilməyəcək
Ermənistan 84 yaşlı erməninin nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etmişdir - Dövlət Komissiyası
"Tı kto takoy, Paşinyan, davay do svidaniya" - Yeni meyxana təqdim olundu (VİDEO)
Ermənistanda partlayış baş verib
Mingəçevir Dövlət Universitetində Onlayn Oriytentasiya Günü keçirilib (FOTO)
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib (FOTO)
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
“Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri əsasən Ermənistan ərazisindən endirilib - Baş prokuror
“Amnesty International”, "Human Rights Watch" və “Vice News” erməni faşizmini fakt olaraq təsdiqlədilər - Vüqar Rəhimzadə
Prezidentinin tapşırığı ilə Ermənistanın Azərbaycana vurduğu ziyanların araşdırması aparılacaq - Hikmət Hacıyev
Əsgərlərimizə 10 mindən artıq məktub göndərilib (FOTO)
Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 6 muzdlu şəxs barəsində axtarış elan edilib
Araik Arutyunyan və digər yüksək rütbəli erməni məmur beynəlxalq axtarışa verilib - Kamran Əliyev
Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə liderdir
Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror
Azərbaycanda 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad edilib
Ermənistan terroru nəticəsində 7 ailə tamamilə məhv olub - Kamran Əliyev
Ermənistan tərəfindən döyüşlərə cəlb olunan bir neçə əcnəbi beynəlxalq axtarışa verilib - ADLAR
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var (FOTO)
Azərbaycan ordusu Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları Ermənistanın işğalından azad edə bilib - “Washington Post”
İşğal edilmiş ərazilərdə qanunsuz əldə olunan vəsaitlər Ermənistanın bank hesablarına keçirilib - Prezidentin köməkçisi
İranda koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib
Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edib - Elçin Əmirbəyov
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb
Karantin rejiminin tələblərini pozan 26 ictimai iaşə obyekti aşkarlandı
Ermənistan atəşi nəticəsində 1-i körpə, 10-u uşaq, 27-si qadın olmaqla 91 nəfər həlak olub - Kamran Əliyev
Ermənistanın müharibə cinayətlərinin qiymətləndirilməsi üçün hərbi tribunal yaradılmalıdır - Hikmət Hacıyev
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib (VİDEO)
Azərbaycanda ağaclar üçün yeni məlhəm hazırlanıb (FOTO)
Minsk qrupunun Cenevrə görüşü mətbuata qapalı keçiriləcək
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb (FOTO/VİDEO)
Ermənistanda ordu yox, bir sürü cinayətkar dəstə mövcuddur - Hərbi ekspert
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkili qeyri-müəyyən müddətədək uzadıldı
Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub (FOTO)
Bütün xəbərlər