...

BMT nümayəndəsi: Azərbaycanda Multikulturalizm ilinin elan edilməsi dünyada çox alqışlanır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Aprel 2016 11:29 (UTC +04:00)
2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi ilə bağlı təşəbbüsü dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş mühüm addım kimi çox alqışlanır.
BMT nümayəndəsi: Azərbaycanda Multikulturalizm ilinin elan edilməsi dünyada çox alqışlanır  (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi ilə bağlı təşəbbüsü dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş mühüm addım kimi çox alqışlanır.

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılış mərasimində deyib.

Nasir Əbdüləziz Əl-Nasir Forumun təşkilinə görə, Azərbaycan Prezidenti və ölkə hökumətinə minnətdarlığını ifadə edib.

Nasir Əbdüləziz Əl-Nasir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi bu məsələdə xüsusilə qeyd olunmalıdır: "Belə ki, dövlət başçısının 2016-cı ilin "Multikulturalizm ili" elan olunması barədə təşəbbüsü dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi geniş şəkildə alqışlanır. Buna görə də biz bu forumun keçirilməsi üçün Bakıdan yaxşı məkan arzulaya bilmədik".

Onun sözlərinə görə, cari ildə forumun mövzusu - "İnklüziv cəmiyyətlərdə birgəyaşama: Çağırış və məqsəd" BMT-nin əsas vəzifələri ilə - sülh və təhlükəsizlik, insan hüquqları, qanunun aliliyi və inkişaf - üst-üstə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti