...

İspaniya XİN rəhbəri: Bakı yenidən dünya mədəniyyətləri və ideyalarının görüş yeri oldu

Siyasət Materials 26 Aprel 2016 12:55 (UTC +04:00)
Bakı növbəti dəfə bir çox insanların, ideya və mədəniyyətlərin görüşdüyü marşrut oldu.
İspaniya XİN rəhbəri: Bakı yenidən dünya mədəniyyətləri və ideyalarının görüş yeri oldu

Bakı. Trend:

Bakı növbəti dəfə bir çox insanların, ideya və mədəniyyətlərin görüşdüyü marşrut oldu.

Trend-in məlumatına görə, bunu İspaniya XİN rəhbəri Xose Manuel Qarsia-Marqalo Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda deyib.

Onun sözlərinə görə, çox yüzilliklər Böyük İpək yolu ilə Romadan İstanbula və oradan Asiyaya səfər edənlər məhz Bakıda dayanıblar: "Və bu gün Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi çox doğrudur".

O deyib: "Bu gün Bakıya bizi əhatə edən çağırış və təhlükələrin üzünə baxmaq üçün yığışmışıq". İspaniya XİN rəhbərinin sözlərinə görə, yalnız BMT sisteminə əsaslanaraq multikulturalizm yolu ilə çağırış və təhlükələin öhədəsindən gəlmək mümkündür: "Biz bütün təhlükələrə sinə gəlməli, multikultural cəmiyyətlərdə yaranan problemləri həll etmək üçün bir-birimizə kömək etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti