...

Elmar Məmmədyarov: Azərbaycan və Malta gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Aprel 2016 13:22 (UTC +04:00)
Azərbaycan və Malta gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Elmar Məmmədyarov: Azərbaycan və Malta gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər  (ƏLAVƏ OLUNUB)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Malta gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, tərəflər danışıqların yekunu üzrə 3 sənəd imzalayıblar: "Sənədlər gömrük, gənclər siyasəti sahələrində əməkdaşlığı və iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr haqqında müqaviləni əhatə edir.

E.Məmmədyarov qeyd edib ki, gələn il Malta Avropa İttifaqı Şurasında sədrlik edəcək və iki ölkə, həmçinin enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

C.Vela isə qeyd edib ki, iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlayacaq: "Hər iki ölkə üçün qarşılıqlı mənfəətli ola biləcək əməkdaşlığın çoxlu perspektivləri var. Malta iqtisadi sahədə əməkdaşlıq etmək üçün uyğun ölkədir. Fürsətdən istifadə edərək Azərbaycanın iş adamlarını Malta ilə əməkdaşlıq qurmağa dəvət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti